Bakı, 8 dekabr, AZƏRTAC
"Veysəloğlu" Şirkətlər Qrupunun Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığı öz müsbət nəticələrini verib. Azərbaycanda özəl sektorun etdiyi ianələr də ümumi işə ciddi töhfə olub.
AZƏRTAC xəbər verir ki, bunu Şirkətlər Qrupunun Baş icraçı direktoru Aydın Talıbov Qarabağ Dirçəliş Fondunun sifarişi ilə britaniyalı yazıçı Qrem Vilson tərəfindən yazılan “Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabının təqdimatında bildirib.
Onun sözlərinə görə, min illər əvvəl əcdadlarımız çoxlu qəhrəmanlıqlar göstərsələr də, bunlar sənədləşdirilməyib. “Azərbaycan Qarabağ savaşı ilə böyük bir tarix yazdı, bütün Qafqazın tarixini dəyişdi. Bu gün biz əcdadlarımızın vaxtilə buraxdığı boşluğu doldurur, bu tarixi sənədləşdirərək kitab halına salırıq. Tarixi yaratmaq, zəfər çalmaq nə qədər önəmlidirsə, onu sənədləşdirmək də ən azı zəfərin özü qədər vacibdir”, – deyə Aydın Talıbov vurğulayıb.