Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi təklif olunur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu təkliflə Xalq yazıçısı Anar Milli Məclisdə keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxış edib.
Onun sözlərinə görə, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin binası İçərişəhərdə yerləşirdi və Həsən bəy Zərdabinin də heykəli onun qarşısında qoyulmuşdu:
"Ancaq indi həmin binanın birinci mərtbəsəi restorandır, nəticədə Zərdabinin heykəlinin orada yerləşməsi doğru görünmür. Ona görə də abidənin yerinin dəyişdirilməsini təklif edirəm. Çünki Azərbaycanda abidənin yerinin dəyişdirilməsi praktikası var".