Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyununu sloveniyalı hakimlər briqadası idarə edəcək.
İdmanxeber.az məlumatına görə, görüşün baş hakimi FİFA referisi Rade Obrenoviç olacaq. Ona yan xətt hakimləri Yuri Praprotnik və Qreqa Kordez kömək edəcək.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq.