AZ

İƏT Mədəniyyət Festivalının rəsmi açılışından sonra bədii proqram təqdim edilib

Bakı, 8 dekabr, AZƏRTAC

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi açılış mərasimindən sonra Mövlanə Cəlaləddin Ruminin “Zaman dairəsindən çıx – Sevgi dairəsinə daxil ol” kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, layihənin illüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artisti, “Atesh Hub”un təsisçisi Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJ Pancho)r.

Bədii proqramın növbəti hissəsində İbrahim Babayev (tar), Pərviz Məmmədov (piano) və Vəfadar Ramizin (zərb) müşayiəti ilə Azərbaycan milli rəqsi “Yaylıq” təqdim edilib.

Mərasimin son bədii təqdimatı Azərbaycan bəstəkarı Kübra Kərimlinin “Şuşa” kompozisiyası olub. Musiqi əsərini balaban ifaçısı Fəqan Ələsgərlinin müşayiəti ilə müğənni Aisel (Aysel Məmmədova) səsləndirib.

 

Seçilən
11
2
azertag.az

3Mənbələr