ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Moderator.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “BMW” və “HYUNDAİ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və nəticədə “BMW”markalı minik avtomobilində yanğın yarandığı müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Digər avtomobil yanğından mühafizə olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.