AZ

Sahibə Qafarova: Dilimizin qorunması sahəsində Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımlar danılmazdır -Foto



Dilimizin qorunması sahəsində, həm də dövlət dili səviyyəsinə yüksəldilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımlar danılmazdır.
Bunu Milli Məclisin sədri Sahibə Qafarovanın bu gün parlamentdə keçirilmiş “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışı deyib. Spikerin sözlərinə görə, Ulu öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969–1982-ci illər milli tariximizə həm də mədəni intibah dövrü kimi daxil oldu. Xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsaslar genişləndirildi.

Milli Məclisin sədri deyib ki, məhz Ümummilli Liderimizin əzmkarlığı sayəsində 1978-ci ildə Azərbaycan Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi.

Vurğulanıb ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanıb qəbul edilən Konstitusiyamız Azərbaycan dilinin dövlət dili statusunu bir daha təsbit etdi və bu, dil siyasətimizin möhkəm hüquqi bazasını formalaşdırdı.

Spiker Sahibə Qafarova vurğulayıb ki, bu gün də Ulu Öndərin müəyyən etdiyi həmin xətt müasir dövrün tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir. Azərbaycan dilinin qorunması, ədəbi dil normalarının inkişafı və onun müasir texnologiyalara inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətləri sırasındadır.



Seçilən
4
aia.az

1Mənbələr