Braziliyanın “Atletiko Mineyro” klubunun ulduz futbolçusu Halk diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, 39 yaşlı hücumçu Braziliya çempionatının son turunda möhtəşəm qola imza atıb. O, “Vasko de Qama” ilə görüşün (5:0) 32-ci dəqiqəsində qapıya uzaq məsafədən təyin edilən cərimə zərbəsini özünəməxsus şəkildə dəqiq yerinə yetirərək komandasının darmadağınında pay sahibi olub.
Cənubi Amerikada başa çatan futbol mövsümündə Halk yaşına rəğmən bütün turnirlərdə 54 oyun keçirib. O, bu qarşılaşmalarda 19 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.