29 noyabrda Ukrayna PUA-larının Novorossiysk yaxınlığında KTK-nın dəniz terminalına hücumu nəticəsində bir yükgöndərmə körpüsü ciddi zədələnib, digəri isə təmirdə olduğundan hazırda yalnız bir körpü işləyir. Bu isə Qazaxıstanın neft ixrac sistemində ciddi risk yaradıb.
Narımbetovun sözlərinə görə, KTK tam dayanarsa, ölkənin ehtiyatları 10 günə çatar. Hazırda fəaliyyət göstərən bir körpü normal həcmin 65-70%-ni təmin etdiyindən, Qazaxıstan 20-30 gün dözə bilər. İkinci körpünün təmiri bu müddətdə başa çatdırılmalıdır. Üçüncü körpünün bərpasının isə aylarla çəkə biləcəyi və tam bərpa olunub-olunmayacağı dəqiq deyil.
Alternativ marşrutlar - Bakı-Tbilisi-Ceyhan, Atyrau-Samara ("Drujba" xətti ilə), eləcə də Çin istiqaməti mövcuddur, lakin imkanları məhduddur və daha baha başa gəlir. Bu yollarla ildə maksimum 20 milyon ton neft göndərmək mümkündür və tranzit ölkələrlə razılaşmalar tələb olunur.