Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Astara və Sabirabad rayonlarında mənzillər alacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunun üçün agentlik 2 milyon 464 min manat vəsait nəzərdə tutub.
Belə ki, Astara rayonunda 22 ədəd birotaqlı və 14 ədəd ikiotaqlı mənzilin alınması planlaşdırılır. Bu məqsədlə ilkin olaraq 1 milyon 820 min manat vəsait ayrılıb. Sabirabad rayonunda isə 8 ədəd üçotaqlı mənzilin alınması nəzərdə tutulub və bu layihəyə 644 min manat ayrılması nəzərdə tutulub.