AZ

MEDİA-nın onlayn media müsabiqəsində YENİ QAYDA: Bu saytlar iştirak edə bilmədi...

Məlum olduğu kimi, Medianın İnkişafı Agentliyi çap  və onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib. Artıq müsabiqədə iştirak edən media qurumları sənədlərini  təqdim edib və nəticələrin yaxın günlərdə açıqlanması gözlənilir. 

Sitat.info xəbər verir ki, bu müsabiqədə MEDİA bir sıra yeniliklərə imza atdı.

Qalib olan ictimai-siyası qəzetlərin həftədə yalnız bir nömrəsi maliyyələşdirilməsi, onlayn media subyektlərinə ayrılan vəsaitin həcminin 3 mindən 5 min manata qaldırılması yadda qalan və ən çox müzakirə edilən dəyişiklik oldu. 

Tətbiq olunan yeni qaydalardan biri də fəaliyyətinin 2 ili tamam olmayan media subyektlərinin müsabiqədə iştirakının məhdudlaşdırılmasıdır. Əgər əvvəllər fəaliyyətinin ilk 6 ayında belə saytlar müsabiqəyə qatılıb maliyyə dəstəyi qazana bilirdisə, indi bu mümkün olmayacaq. Yeni yaranan saytlar yalnız iki il  fasiləsiz fəaliyyət göstərdikdən sonra müsabiqədə iştirak haqqı qazanırlar. 

Səid,

Sitat.info

Seçilən
74
4
sitat.info

5Mənbələr