AZ

ABŞ Konqresi hərbi xərcləri rekord məbləğə qaldırmağı təklif edib

ABŞ Konqresi ölkənin 2026-cı maliyyə ili üçün hərbi büdcə layihəsini təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, yeni layihədə hərbi büdcə rekord məbləğdə, 901 milyard dollar təşkil edir.

Qanunvericilərin təklif etdiyi hərbi büdcə prezident Donald Trampın 892,6 milyard dollar tələbindən 8 milyard dollar çoxdur.

Sənədlərə əsasən, Nümayəndələr Palatası əvvəlcə administrasiyanın tələbinə ekvivalent məbləğ təklif edib, Senat isə hərbi büdcəyə əlavə olaraq 925 milyard dollara qədər artım təklif edib. Sonda deputatlar kompromis əldə ediblər.

Sentyabrın 30-da başa çatan 2025-ci maliyyə ilində ABŞ-nin hərbi büdcəsi 884 milyard dollar təşkil edib.

Zeynəb Rzayeva

Seçilən
66
1
bakivaxti.az

2Mənbələr