AZ

Türkiyə ordusu Suriyada hərbi əməliyyatlara başladı

Türkiyə silahlı qüvvələri, Suriyaya eyni anda üç istiqamətdən daxil olub. Vətəninfo.az xəbər verir ki, Türk ordusu Afrin, Rəs əl-Ayn və Şimali Hələb bölgələrindən Suriya ərazisinə irəliləyib.

Türk birliklərinin əsas irəliləmə xətti isə Mənbic istiqamətindədir.

Eyni zamanda, rəsmi Dəməşq də Suriya Demokratik Qüvvələrinin (PKK/YPG terror təşkilatının tərkibində olan qüvvələr) nəzarətindəki Deyr əz-Zor bölgəsinə əlavə qüvvələr göndərir. Suriya qoşunları, artilleriya dəstəyi və pilotsuz təyyarələrdən istifadə edərək müdafiə əməliyyatları aparır.

Türkiyə ordusunun bir neçə bölməsi  Deyr Bəlut sərhəd keçid məntəqəsinə daxil olaraq Hələb vilayətinə doğru irəliləyib. Həmçinin, digər bir kolon gecə saatlarında Advaniya sərhəd keçidindən keçərək irəliləyib. Bu ordu, zirehli maşınlar və hərbi logistika elementləri ilə təchiz edilib.

Seçilən
22
veteninfo.az

1Mənbələr