AZ

Rusiyada təyyarənin katapult sistemi qəfil işə düşüb: iki pilot ölüb

Rusiyada bombardmançı təyyarə iki pilotu qəfildən katapult edib. Onlar aldıqları xəsarətlərdən vəfat ediblər.

Herbiand.az bildirir ki, bu barədə Rusiyanın hərbi hava qüvvələri ilə sıx əlaqədə olan rusiyalı bloger Fighterbomber məlumat verib.

Onun sözlərinə görə, hadisə dekabrın 7-də bombardmançı aviasiya alaylarından birində baş verib: “Sığınacaqda dayanan təyyarənin katapult sistemi işə düşüb. Pilot və şturman həyatla bir araya sığmayan xəsarətlər alıblar”.

Bloger əlavə edib ki, hadisənin baş vermə səbəblərini və təfərrüatlarını müəyyən etmək üçün hadisə yerində dövlət komissiyası işləyir. Ölən pilotların kimliyi açıqlanmır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
31
herbiand.az

1Mənbələr