AZ

Ruslar Sumı və Çerinqova zərbələr vurub

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya ordusunun Ukraynanın Sumı vilayətinə - Axtırkaya, xüsusən də çoxmərtəbəli binaya - hücum nəticəsində yeddi nəfər yaralanıb, yanğınlar baş verib.

Reyting.az-ın məlumatına görə, bunu Sumı xüsusi əməliyyatlar idarəsinin rəisi Oleq Qriqorov bildirib.

O. Qriqorov deyib ki, ruslar mülki infrastrukturu hədəfə alıb, yenə insanlar yaralanıb, evlər yanıb.

Rəsmi şəxsin sözlərinə görə, bütün yaralılar xəstəxanaya aparılıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib və tibbi müşahidə altındadır. Daha beş nəfər ambulator müalicə üçün evə buraxılıb.

“Binaya böyük ziyan dəyib. Təhdidi eşidən bəzi sakinlər zirzəmiyə düşməyi bacarıblar, digərləri isə zədələnmiş döşəmələrdən xilas ediliblər”, - deyə Qriqorov əlavə edib.

Ruslar gecə saatlarında Çerniqov şəhərinə də hücum edərək çoxmərtəbəli yaşayış binasına ziyan vurublar. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, üç nəfər yaralanıb, onlardan biri xəstəxanaya yerləşdirilib.

V. QULIİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
57
reyting.az

1Mənbələr