AZ

Azərbaycanda "ARAS Pro"nun tətbiqinə başlanılıb

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi (DGK) Avtomatlaşdırılmış Risk AnaliziSisteminin (ARAS) yeni versiyasının, "ARAS Pro"nun tətbiqinəbaşlayıb.

Trend xəbərverir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini NatiqŞirinov bu gün Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoqvə Etimad" tədbirində bildirib.

O vurğulayıb ki, gömrük bəyənnaməsi rəsmiləşməsinin maksimalşəkildə sürətləndirilməsi üzərində işlər görülür:

"Təbii ki, bu, sahibkarların təqdim etdiyi bəyənnamələrin özününkeyfiyyətindən, müvafiq risk amillərindən asılıdır. Biz artıqARAS-ın yeni versiyasının tətbiqinə başlamışıq. Növbəti illərdəhədəfimiz gömrük bəyənnaməsi rəsmiləşməsi müddətinin maksimumazaldılmasıdır. Əgər biz bu ilin ilk 11 ayını əvvəlki ilin eynidövrü ilə müqayisə etsək, görürük ki, sərbəst dövriyyə üçünburaxılan bəyənnamələrin hazırda 38%-i, "yaşıl dəhliz"iştirakçılarında isə təqdim olunan bəyənnamələrin 55%-i 3 saatdanaz müddətdə rəsmiləşdirilir"

"ARAS sisteminin yeni versiyasını işə saldıqdan sonra yenirəqəmsal alətlər bizə imkan verəcək ki, gələcəkdə artıq etibarlıtərəfdaş olan sahibkarlıq subyektlərinin bəyənnamələri müəyyənlimit çərçivəsi tətbiq etməklə avto-buraxılış sistemə keçirilsin",- sədr müavini vurğulayıb.

Seçilən
19
az.trend.az

1Mənbələr