AZ

"Aqroparklara 2,4 milyard manata yaxın investisiya yatırılıb"

Son dövrlər Azərbaycanda yaradılan 53 aqroparka 2,4 milyard manata yaxın investisiya yatırılıb.

Bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, aqroparklar artıq uzun illər Prezident İlham Əliyevin siyasətinin davamı və onun tapşırığına uyğun olaraq yaradılmış böyük istehsal müəssisələridir: "Bu aqroparklara dövlət tərəfindən 690 milyon manat dəyərində dəstək olub".

O qeyd edib ki, bir növ xarici ticarətin formalaşması və artımında bu güzəştlər, dəstək mexanizmləri, həmçinin yanaşmalar, böyük və müasir təsərrüfatların formalaşmasına öz müsbət təsirini göstərib".

İş elanları AzVak.az-da

© "Report" 

Azərbaycanaqropark53investisiya24 milyardmanatKənd Təsərrüfatı NazirliyiZaur ƏliyevGömrük-Biznes Forumu 2025Prezident İlham Əliyevdövlət dəstəyi690 milyon manatistehsal müəssisələrixarici ticarətgüzəştlərdəstək mexanizmlərimüasir təsərrüfatlarinkişaf
Seçilən
6
3
marja.az

4Mənbələr