AZ

Sahibkarlar üçün gömrükdə limitli avtoburaxılış sistemi tətbiq olunacaq - Natiq Şirinov

Bakı. Trend:

Sahibkarlıq subyektlərinin bəyannamələrinə müəyyən limitçərçivəsi qoyulmaqla avtoburaxılış sisteminə keçirmək nəzərdətutulur.

Trend xəbərverir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini NatiqŞirinov bu gün Bakıda keçirilən"Gömrük-Biznes Forumu 2025: Dialoqvə Etimad" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, yeni rəqəmsal alətlər gələcəkdə artıqetibarlı tərəfdaş olan sahibkarlıq subyektlərinin bəyannamələrinimüəyyən limit çərçivəsi qoymaqla avtoburaxılış sisteminə keçirməyəimkan verəcək:

"Biz bunu hədəfləmişik. Bu, beynəlxalq praktikada da var. Yaxındövrlərdə bizim beynəlxalq səfərlərimiz də olmuşdu, digər ölkələrində təcrübəsinə baxmışıq. Şərti olaraq, əgər risk sistemi özü,Rəqəmsal Gömrük Dəyəri sistemi özü hər şeyin yerli-yerində olduğunugöstərirsə, şərti olaraq 30 dəqiqə ərzində limit qoyulur. Bəyannaməəgər gömrük məmuru tərəfindən 30 dəqiqə ərzində təsdiqlənməsihəyata keçirilmirsə, artıq sistem özü onu avtomatik təsdiqləyir vəmalların buraxılışı həyata keçiriləcək. Bu təbii ki, növbətiillərdə qarşımızda duran layihədir. Dövlət Gömrük Komitəsininqarşısında belə bir hədəf var".

"Yəqin ki, növbəti ən yaxın illərdə, yəqin ki, növbəti ilinsonuna qədər biz çalışacağıq ki, bu sistemin də istifadəsi iləbağlı IV Gömrük Biznes Forumunda təqdimatlar edə bilək. Bu, bizimindi strateji hədəflərimizdən biridir və yəqin ki, biz ona nailolacağıq", - deyə sədr müavini əlavə edib.

Seçilən
89
2
az.trend.az

3Mənbələr