AZ

Dərmanı spirtli içki ilə içdiyinə görəÖLDÜ

Böyük Britaniyanın sakini 37 yaşlı Emi Barns ağrıkəsici dərmanları spirt ilə qəbul etdikdən sonra sağ qalmayıb.

Redaktor.az xəbər verir ki, onun hekayəsini Terra nəşri yayıb.

Barns son illərdə ciddi bel ağrılarından əziyyət çəkirmiş. Nəticədə həkimlər ona onurğa əməliyyatı tövsiyə etsələr də, o, cərrahi müdaxiləni gözləyə bilməyib. Bir neçə gün sonra sevgilisinin yatağında ölü tapılıb. 

Sonradan məlum olub ki, britaniyalı qadın yatmazdan əvvəl bir neçə ağrıkəsici tablet qəbul edib və onları bir qədəh şərabla içib. Bu kombinasiyanın təsiri dərin və ölümcül sedasiyaya səbəb olub.

Toksikoloji hesabatda heç bir dərman ölümcül dozada qeydə alınmadığından, hadisə bədbəxt hadisə kimi qiymətləndirilib.

Aytəkin TOFİQQIZI

Seçilən
53
1
redaktor.az

2Mənbələr