AZ

Yalnız bu ölkələrdən gələn vitaminləri qəbul edin - Həkimdən MƏSLƏHƏT

"Havaların soyuması ilə əlaqədar özünüz yaxşı bilirsiniz ki, respirator infeksiyalar deyilən, yəni tənəffüs yollarını zədələyən virus infeksiyaları və digər infeksiyaların yayıldığı bir dövrü yaşayırıq. Havaların soyuması ilə əlaqədar istənilən halda isti geyimlər geyinmək məsləhətdir. O cümlədən, ev şəraitində də temperaturu çox yüksək etmək olmaz. Otaq temperaturunu maksimum 22-23 dərəcədən yüksək etmək düzgün deyil".

Bunu Redaktor.az-a açıqlamasında həkim-terapevt Şahvələd Məmmədov soyuq havalarda immuniteti qorumağın yolları barədə danışarkən bildirdi.

Onun sözlərinə görə, istənilən halda payız meyvələri ilə zəngin meyvələrdən, ağartı məhsullarından istifadə etmək lazımdır:

"Havaların soyuması ilə əlaqədar ən çox D vitamininə və kalsiuma ehtiyacı olan insanlar, yaşlı insanlar, xroniki xəstəliyi olanlar və o cümlədən uşaqlar immuniteti qaldırmaq üçün D vitaminindən istifadə etməlidirlər, kalsiumdan istifadə etməlidirlər. Profilaktik olaraq, Türkiyə və Almaniya istehsalı olan həmin mikroelementlər, yəni D vitamini (D vitamini mikroelement deyil), maqnezium, kalsium və digər mikroelementlərlə zəngin qidalar qəbul edilməlidir. Ancaq onu demək istəyirəm ki, istənilən halda aşırı dozada D vitamini qəbul etmək zərərlidir. İmkan daxilində D vitaminini yoxlatmaq lazımdır, kalsiumu yoxlatmaq lazımdır. Ona uyğun olaraq da qış aylarında bədəni D və kalsiumla doyuzdurmaq lazımdır".

Nuriyyə NATİQQIZI

Seçilən
41
1
redaktor.az

2Mənbələr