UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks" oyununun hakim təyinatları açıqlanıb.
Publika.az xəbər xəbər verir ki, Azərbaycan çempionunun Niderland nəhəngi ilə görüşü Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Rade Obrenoviç olacaq. Yan xətt hakimləri Yure Praprotnik və Qreqa Kordej olacaq. Dördüncü hakim funksiyasını isə Mateo Tozan yerinə yetirəcək.
VAR-da Matey Yug, AVAR-da Alen Boroşak olacaq.