AZ

Dilimizdəki bu ifadələr yoxa çıxır Sabir Rüstəmxanlı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“1936–1937-ci illərdə dilimizin adına İosif Stalin tərəfindən təcavüz olunmuşdu”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda sabiq deputat, xalq şairi Sabir Rüstəmxanlı səsləndirib.

“Təhsil haqqında” qanun qəbul ediləndə “informal”, “distant təhsil”, “kampus” kimi sözlərin dilimizə uyğunlaşdırılmadan işlədildiyini demişdim. “Süni intellekt” əslində “süni zəka” deməkdir. “İntellekt” isə məlumat bazası anlamına gəlir və burada dəyişiklik edilməlidir”, – S.Rüstəmxanlı bildirib.

O, reklamların Bakıda Azərbaycan dilini sıradan çıxardığını söyləyib:

“Əvvəllər “Azərbaycan oteli”, “Naxçıvan oteli”, “Bakı oteli”, “yanacaq doldurma məntəqəsi” kimi ifadələr vardı, indi isə bunlar yavaş-yavaş yoxa çıxır. Hər hansı iş görülərkən “iş emal olunur” kimi ifadələr işlədilir. Dilimizdə “emal olunmaq” sözünün bu mənada işlənməsi düzgün deyil. Bütün bunlara ciddi diqqət yetirilməlidir”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
globalinfo.az

1Mənbələr