AZ

Lebron Ceymsdən növbəti uğur


“Los Anceles Leykers”in forvardı və lideri Lebron Ceyms NBA müntəzəm mövsümündəki qələbələrin sayına görə ikinci yerə yüksəlib (1015).
Yeniavaz.com
xəbər verir ki, bu barədə NBA-in mətbuat ofisi məlumat yayıb.
40 yaşlı oyunçu buna “Los Anceles Leykers”in “Filadelfiya”nı (112:108) hesabı ilə məğlub etdiyi oyunda nail olub.
O, “Boston Seltiks”in əfsanəsi Robert Perişi (1014) üstələyib. İndi Lbron Ceymms təkcə Kərim Əbdül Cabbardan (1074) geridə qalır.
NBA-in müntəzəm mövsümündə qalibiyyət sayına görə ilk 10 oyunçunu təqdim edirik:
1. Kərim Əbdül Cabbar - 1074.
2. Lebron Ceyms - 1015.
3. Robert Periş - 1014.
4. Tim Dankan - 1001.
5. Con Stokton - 953.
6. Karl Meloun - 952.
7. Dirk Novitski - 916.
8. Toni Parker - 892.
9. Kris Pol - 855.
10. Derek Fişer - 853.
Seçilən
56
yeniavaz.com

1Mənbələr