ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda “Ayaks”a qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Futbolpress.az xəbər verir ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə Sloveniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Rade Obrenoviç idarə edəcək. Yure Praprotnik və Qreqa Kordej baş hakiminin köməkçiləri olacaqlar. Mateo Tozan dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Matey Yuq və Alen Boroşak olacaqlar.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.