AZ

AQP rəsmisi: “Prirotietimiz peşəkarlığı və şəffaflığı təmin etməkdir”

“Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) Cİntizam Komissiyası sektorun inkişafı, şəffaflıq və peşəkar məsuliyyətin gücləndirilməsi istiqamətində fəal və səmərəli iş aparır”.

AQP İntizam Komissiyasının sədri Nahid Həsənov “Tribuna”ya açıqlamasında bildirib.  

O qeyd edib ki, Palata daxilində qurulan peşəkar sistem və institusional mexanizmlər komissiyanın fəaliyyətinə stimul verir: “Əsas hədəfimiz qiymətləndirmə sektorunda şəffaflığı maksimum təmin etmək, peşəkar etik normaları gücləndirmək və ictimai etimadı qorumaqdır. Operativlik və çeviklik komissiyanın fəaliyyətinin prioritetlərindəndir. Hər bir müraciət və şikayət diqqətlə araşdırılır. Baxış prosesi əsasən onlayn qaydada həyata keçirilir və heç bir müraciət diqqətdən kənarda qalmır. Qiymətləndiricilər prosesdə birbaşa iştirak edərək öz izahatlarını təqdim edir, komissiya üzvləri isə obyektiv və qərəzsiz müzakirələr aparırlar”.

Komissiya sədrinin sözlərinə görə, mütəmadi monitorinqlər şəffaflıq və məsuliyyət prinsipləri əsasında aparılır: “Məqsəd cəza mexanizmlərini ön plana çıxarmaq deyil, peşəkar mühitin sağlamlaşdırılmasına və şəffaflığın təmin olunmasına töhfə verməkdir. Palata rəhbərliyi və sektorla davamlı ünsiyyət komissiyanın işinin əsasını təşkil edir. Qiymətləndiricilərin qarşılaşdıqları çətinliklər, təklif və fikirlər öyrənilir, peşəkar mühitin sağlamlaşdırılması üçün konkret həll yolları müzakirə olunur.”

Müsahibimiz Palata daxilində fəaliyyət göstərən Ekspertiza Şurasının roluna da toxunub: “Şura vasitəsilə qiymətləndirmə hesabatları metodoloji və peşəkar baxımdan yoxlanılır, beynəlxalq və milli standartlara uyğunluq qiymətləndirilir. Bu mexanizm Palata daxilində keyfiyyətə nəzarəti daha da gücləndirir. Komissiya habelə qiymətləndiricilər arasında sağlam həyat tərzinin təşviqi üzrə təşəbbüslər həyata keçirir. Qısa müddətdə qiymətləndiricilərdən ibarət futbol komandası formalaşdırılıb. Həftəlik görüşlər və yarışlar dostluq mühitini möhkəmləndirir, həmrəyliyi artırır və peşəkar münasibətləri daha da gücləndirir” – Palata rəsmisi vurğulayıb.

Əlavə edib ki, komissiyanın fəaliyyəti Palata daxilində qiymətləndirmə sektorunun sağlam inkişafına xidmət edir: “Qarşıdakı dövrdə də biz bu prinsiplərdən çıxış edərək fəaliyyətimizi daha da artırmaq və sektorun davamlı inkişafına töhfələrimizi gücləndirmək niyyətindəyik” – deyə, Həsənov fikrini yekunlaşdırıb.

Seçilən
94
1
hokm.az

2Mənbələr