AZ

Azərbaycan Qəzzadakı sülhyaratma missiyasında iştirak edəcək?

“Qəzzada uzun müddət ərzində baş verən proseslər çox ciddi narahatlıq mənbəyidir. Bu müstəvidə ABŞ prezidenti tərəfindən elan edilən sülh planını biz müsbət qarşıladıq. Azərbaycan Prezidenti də Misirin Şarm əş-Şeyx şəhərində sülh sammitində iştirak etdi və biz bu planı dəstəklədik”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Azərbaycan beynəlxalq stabilləşdirici qüvvələr kimi ora dəvət alıb. Dəvət edilən ilk ölkələrdən biri olmuşuq. ABŞ-dən bizə dəvət gələndə açıqlaması bu oldu ki, Azərbaycan nadir ölkələrdəndir ki, bütün region ölkələri ilə yaxşı əlaqəsi var və neytraldır. Bu baxımdan, orada iştirak etmək üçün önəmli ölkədir. Lakin bu istiqamətdə tərəfimizdən qaldırılan sualların hamısının cavabı olmadığı üçün Azərbaycan heyətinin iştirakı dəqiq deyil”, – deyə nazir vurğulayıb.

Seçilən
24
1
konkret.az

2Mənbələr