AZ

Azərbaycanın hüquqi dövlət quruculuğu sahəsindəki təcrübəsi MDB PA üçün böyük maraq kəsb edir - İvan Muşket

Bakı. Trend:

Azərbaycanın hüquqi dövlət quruculuğu sahəsindəki təcrübəsi MDBiştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyası üçün böyükmaraq kəsb edir.

Trend xəbər verirki, bu barədə MDB PA Şurasının katibliyinin rəhbərinin müavini İvanMuşketin Bakıda keçirilən Azərbaycan Respublikası Konstitusiyasının30-illiyinə və Milli Məclisin qurulmasının 107-ci ildönümünə həsrolunmuş “Heydər Əliyev- suveren Azərbaycanın konstitusionalizmininvə parlamentçiliyinin qurucusu” mövzusunda beynəlxalq konfransdaoxunan məktubunda qeyd olunub.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına uyğunyaradılmış ali qanunverici orqan – Milli Məclis dövlətin həyatındamühüm rol oynayır. Məhz onun fəaliyyəti sayəsində demokratikdəyərlərə və hüquqi dövlət prinsiplərinə əsaslanan milliparlamentarizmin inkişafı üçün hüquqi baza formalaşdırılmışdır.

“MDB iştirakçı dövlətlərinin Parlament Assambleyası üçünAzərbaycan Respublikasının hüquqi dövlət quruculuğu sahəsindəkitəcrübəsi böyük maraq doğurur. Bu, hər kəs üçün inandırıcınümunədir ki, möhkəm konstitusional təməlin olması sabitliyin,suverenliyin və rifahın zəmanətidir”, – məlumatda bildirilib.

Muşket qeyd edib ki, bugünkü konfrans çərçivəsində aparılanfikir mübadiləsi və ekspert qiymətləndirmələri Azərbaycanınsuverenliyinin daha da möhkəmlənməsinə xidmət edəcək və MDBməkanında parlamentlərarası əməkdaşlığın inkişafına əhəmiyyətlitöhfə verəcək.

Məqalədə:
Seçilən
18
az.trend.az

1Mənbələr