AZ

ABŞ ın məşhur “Tesla” şirkətində baş mühəndis kimi çalışan ilk azərbaycanlı kimdir?

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın dünyaca məşhur “Tesla” şirkətində baş mühəndis vəzifəsində çalışan ilk və yeganə azərbaycanlı Sənan Axundzadə barədə maraqlı məlumatlar yayılıb.

Əslən Lənkəran rayonunun Boladi kəndindən olan Sənan Axundzadə 1996-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 3 yaşında olarkən ailəsi ilə birlikdə əvvəlcə ABŞ, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, daha sonra isə Kanadaya köçüb.

Gənc mühəndis 2014–2020-ci illərdə Kanadanın nüfuzlu Vaterloo Universitetində “Mexaniki mühəndislik” ixtisası üzrə bakalavr təhsili alıb. Tələbəlik illərində – 2018-ci ildən etibarən – o, “Tesla” şirkətində işləmək üçün dəvət alıb.

Hazırda “Tesla”nın baş mühəndisi olan Sənan Axundzadə şirkətin bir sıra innovativ layihələrində iştirak edib. Xüsusilə Tesla Cybertruck və Tesla Robotaxi modellərinin müxtəlif mühəndislik detallarının hazırlanmasında onun mühüm rolu olub.

Mütəxəssis həm Azərbaycanda, həm də beynəlxalq mühəndislik mühitində uğur hekayəsi ilə nümunə göstərilir.

Günay 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
icma.az

1Mənbələr