AZ

ABŞ dən SDQ yə 130 milyonluq dəstək

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Amerika Birləşmiş Ştatlarının 2026-cı il üçün müdafiə büdcəsi paketi açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusilə qəbul edilməsini istədiyi 981 milyard dollarlıq büdcə, ordunun yenidən qurulmasından tutmuş “müttəfiq qüvvələrə yardım paketinə” qədər bir çox maddəni əhatə edir.

Bu paketə əsasən, Suriyada “İŞİD-lə mübarizə aparan əvvəlcədən yoxlanılmış” qruplara 130 milyon dollar dəyərində dəstək ayrılıb.

Bu vəsaitin birbaşa YPG terror təşkilatına bağlı olan Suriya Demokratik Qüvvələrinə (SDQ) göndəriləcəyi bildirilir. ABŞ, SDQ-yə dəstəyini davam etdirir.

İraqdakı Peşmərgə qüvvələri də daxil olmaqla, ölkədəki təhlükəsizlik qüvvələrinə isə 213 milyon dollar yardım ayrılacaq.

ABŞ tərəfindən yayımlanan sənəddə bu qərarın əsas səbəbi kimi “İŞİD-in davamlı məğlubiyyətini təmin etmək” göstərilib.

Sənəddə Peşmərgə qüvvələri üçün ayrılan dəstəyin təminat altına alındığı və İraqdakı daxili çəkişmələrin bu yardımı əngəlləməyəcəyi vurğulanıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
2
cebheinfo.az

3Mənbələr