Misli Premyer Liqasının (MPL) 15-ci turu çərçivəsində "Turan Tovuz"u qəbul edəcək "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze 2 futbolçunun xidmətindən məhrumdur.
Bu barədə Fanat.Az-a "qırmızı-qaralar"ın sözçüsü Elnur Məmmədli məlumat verib:
"Murad Musayev cəzalı durumdadır. Fransalı yarımmüdafiəçi Jondo Fuks isə zədə səbəbindən qarşılaşmanı kənardan izləyəcək".
Qeyd edək ki, "Qəbələ" - "Turan Tovuz" görüşü bu gün keçiriləcək. Matçın start fiti 17:00-da səsləndiriləcək. Hazırda 24 xalı olan qərb təmsilçisi MPL-in turnir cədvəlində 4-cü, 8 xala malik Qəbələ komandası isə 10-cu pillədə mövqe tutub.
Nihat