ABŞ prezidenti Donald Trampın Venesuelanı işğal etməklə hədələməsi fonunda ruslar Yeni ili qeyd etmək üçün ölkəyə axışıblar.
Publiika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Mənbənin sözlərinə görə, rusiyalı turistlər ABŞ-Venesuela münaqişəsində heç bir problem görməyib və Türkiyə, Tailand və Misirdən daha çox Latın Amerikası ölkəsində istirahətə üstünlük veriblər.
ABŞ-ın hədəsindən sonra dünyanın əksər ölkələrindən Venesuelaya getmək istəyənlər uçuş biletlərini kütləvi surətdə qaytarıblar. Bu da, Venesuelaya turların 34 faiz ucuzlaşmasına səbəb olub.