AZ

DİM taksi sürücülərinin imtahanı ilə bağlı detalları açıqladı

Göygöldə baş verən qəzada yaralanan şəxslərin son vəziyyəti bəlli olub.

Avtosfer.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Göygöldə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 07.12.2025-ci il tarixində saat 21:40-da iki nəfər (iki kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunublar.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. Bir nəfərin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Seçilən
76
avtosfer.az

1Mənbələr