AZ

Aİ Ukrayna üçün 210 milyard avro hazırlayır - KİV

Avropa Komissiyası Almaniya, Fransa və İtaliyanın Rusiyanın dondurulmuş aktivləri hesabına Ukrayna üçün 210 milyard avroluq təcili kreditin əsas təminatçılarına çevriləcəyini gözləyir.

Missiy.Az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Avropa Komissiyasının sənədlərinə görə, ölkələrin zəmanətləri ümumi milli gəlir əsasında hesablanır, ona görə də Almaniya, Fransa və İtaliyanın Ukraynaya təcili kreditin verilməsində əsas yükü daşıyacağı gözlənilir.

Beləliklə, Almaniya ən böyük payı, təxminən 51,3 milyard avronu üzərinə götürəcək. Öz növbəsində Fransa 34 milyard avro, İtaliya isə 25,1 milyard avro verməli olacaq.

Bu cür öhdəliklər AK-yə bütün üzv dövlətlərin dəstəyini almağa və 2026-2027-ci illərdə Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün nəzərdə tutulmuş kredit ayırmaq üçün Belçikanın Baş naziri Bart de Veverdən razılıq almağa imkan verəcək.

AK sənədlərində həmçinin qeyd olunur ki, Aİ ölkələri 210 milyard avroluq kreditə zəmanət vermək üçün ayrı-ayrılıqda milyardlarla avro ayırmalıdırlar.

Təklif olunan kredit vəsaiti Rusiya ilə davam edən müharibə şəraitində Ukraynanın iqtisadi sabitliyini dəstəkləmək və maliyyə yardımını gücləndirmək üçün nəzərdə tutulub. AK proqramın vaxtında icrasını təmin etmək üçün qarşıdakı aylarda təminatlarla bağlı qərarların qəbul edilməsini gözləyir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
33
missiya.az

1Mənbələr