"Napoli" son 38 illik tarixinin ilkinə imzə atıb.
QOL.az xəbər verir ki, Neapol təmsilçisi buna A seriyasında "Yuventus"a 2:1 hesab ilə qalib gəlməklə nail olub.
"Napoli" 2025-ci ildə A seriyasında heç bir ev oyununda uduzmayıb (13 qələbə, 4 heç-heçə). Sonuncu dəfə "Napoli" bunu 1987-ci ildə bacarmışdı - 11 qələbə, 3 heç-heçə.
Qeyd edək ki, Antonio Kontenin komandası yerli çempionatda növbəti ev oyununu yanvarın 7-də “Verona”ya qarşı keçirəcək. 14 turdan sonra "Napoli" A seriyasında 31 xalla liderdir.