Türkiyənin Antalya bölgəsində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.
Səlahiyyətlilər və fövqəladə hallar xidmətləri seysmik hadisənin nəticələrini qiymətləndirir.
Daha əvvəl də Antalya bölgəsində 4,9 bal gücündə yeraltı təkanlar barədə məlumat verilmişdi.