AZ

Luis Suarez karyerasını Uruqvaylı davam etdirə bilər

“İnter Mayami”nin hücumçusu Luis Suarez Uruqvaya qayıtmağa yaxındır.

İdmanxeber.az-ın “Mundo Deportivo”ya istinadən yaydığı məlumata görə, 38 yaşlı forvard “Nasional”dan rəsmi təklif alıb.

Suarezlə maraqlanan digər klub isə La Liqada çıxış edən “Elçe”dir. Lakin futbolçunun ABŞ təmsilçisi ilə müqaviləsinin ayın sonunda başa çatacağı və vətəninə dönməyə daha isti baxdığı bildirilir.

Cari mövsümdə Suarez “İnter Mayami”nin heyətində 50 oyunda 17 qol və 17 assistlə yadda qalıb.

 

Seçilən
82
1
idmanxeber.az

2Mənbələr