AZ

“Sanki arvadı deyil, əsgər yoldaşı idim”

Türkiyənin məşhur rəqqasəsi Asena həyat yoldaşı Həsən Dərədən ayrıldıqdan sonra 8 il davam edən evlilikləri haqda danışıb. Bir televiziya proqramına qatılan rəqqasə tanınmış iş adamı olan keçmiş ərinin ona laqeyd münasibətindən şikayətlənib. Metbuat.az xəbər verir ki, Asena boşanma qərarının doğru olduğunu deyib: "Aramızdakı xətir-hormət tamamilə itmədən yollarımızı ayırdıq. Düşünürəm ki, düz etdik". Məşhur rəqqasə keçmiş ərinin ona qarşı laqeyd olduğunu gizlətməyib: "Aramızda dərin uçurum yaranmışdı. Mənə öz qadını olaraq yetərincə sevgi və diqqət göstərmirdi. Sanki arvadı deyil, əsgər yoldaşı idim".

Asena 8 il sonra səhnəyə qayıtmasından da danışıb. Rəqqasə deyib ki, uzun müddət sonra yenidən tamaşaçı qarşısına çıxmaq asan olmayıb: "İlk dəfə səhnəyə çıxanda özümü ələ ala bilmədim. Arxamı tamaşaçılara çevirib hönkür-hönkür ağladım. Görünür, mənim taleyim də belə yazılıb".

Seçilən
9
1
metbuat.az

2Mənbələr