AZ

1989-cu ildə vurulan təyyarə ilə bağlı YENİ DETTALLAR ÜZƏ ÇIXDI

Ajans.az Daily Mail-ə istinadən xəbər verir ki,hadisə 30 mart 1989-cu ildə, təyyarə Zimbabvedən Malaviyə uçarkən baş verib. Vətəndaş müharibəsi ilə dağıdılmış Mozambik səması üzərində təyyarəyə bir neçə zenit raketi atılıb, lakin heç biri hədəfə dəyməyib. Məxfi sənədlərə əsasən, insident yalnız həmin ilin noyabrında – Böyük Britaniyanın ciddi diplomatik təzyiqindən sonra – etiraf edilib. Mozambik hakimiyyəti raketlərin buraxılmasının sərxoş hava hücumundan müdafiə komandirinin məsuliyyətsizliyindən irəli gəldiyini qəbul etməyə məcbur qalıb. Bununla yanaşı, iki ölkə arasında münasibətlərin korlanacağından ehtiyat edən Britaniya Xarici İşlər Nazirliyi hadisə barədə onilliklər boyunca ictimaiyyətə məlumat verməyib.

 

Seçilən
106
Ajans.az

1Mənbələr