AZ

Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Afrika ölkəsi Benin Prezidenti Patrik Talon ölkəsində baş verən çevriliş cəhdindən son anda xilas olduqdan sonra axşam saatlarında televiziya vasitəsilə xalqa müraciət edib.

"Cebheinfo.az" xəbər verir ki, Talon çevriliş cəhdinin dəf edildiyini və vəziyyətin tam nəzarət altında olduğunu açıqlayıb.

Dövlət televiziyasının binasını ələ keçirən əsgərlər hökumətə sadiq qüvvələr tərəfindən geri oturdulub. Hadisəyə Nigeriya hərbi hava qüvvələri də havadan dəstək verib.

Afrika ölkəsi Benin ordusundakı bəzi zabitlərin başladığı bu çevriliş cəhdi, ordunun hökumətə sadiq hissəsi tərəfindən qısa müddətdə nəzarət altına alınıb.

Prezident Talon çıxışında sakit və qətiyyətli tonda danışaraq, vəziyyətin artıq sabitləşdiyini bildirib. 

O, ordu və komandanlığı ölkəyə sədaqətləri və vəzifələrinə bağlılıqları üçün tərifləyib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
cebheinfo.az

2Mənbələr