"Ekologiya" İctimai Rəy Araşdırmalar Mərkəzi fəaliyyəti ərzində dövrün aktual ictimai-sosial-ekoloji mövzuları üzrə ictimai rəyin öyrənilməsi məqsədilə onlarla sosioloji sorğu həyata keçirib, sorğularda ümumilikdə 50 mindən çox vətəndaşın münasibəti və fikirləri öyrənilib.
Ekologiya.az bildirir ki, sorğular sözügedən istiqamətlərdə ictimai rəyin dinamikasını, ümumi tendensiyaları müəyyən etmək və müvafiq dövlət siyasətinin formalaşdırılmasına töhfə vermək məqsədi daşıyıb.
"Ekologiya" İctimai Rəy Araşdırmalar Mərkəzi şəhər və rayonlarda əhali arasında keçirdiyi vətəndaş rəyi ilə ətraf mühütün və ekologiyanın qorunması yönündə ictimai münasibət öyrənilib: Mərkəz ətraf mühütün qorunması və formalaşmasında əməyi olan şəxslərlə bağlı ictimai sorğu keçirib. Respondentlərin 90,3%-i ətraf mühütün qorunması və formalaşmasında əməyi olan şəxsləri öz fikirləri ilə qiymətləndirərək, ekologiyanın dostu adlandırıb. 7,4%-i ekologiyadan vacib işlər var cavabını verib, 2,3%-i fikir bildirməkdə çətinlik çəkib.
İctimai rəyin nəzərə alınmasının zəruriliyi respondentlərin sosial-demoqrafik məlumatlarından, onların cinsindən, yaşından, təhsil səviyyəsindən və məşğulluq vəziyyətindən asılı olmayaraq, mütləq əksəriyyəti tərəfindən ifadə olunub.
"Ekologiya" İctimai Rəy Araşdırmalar Mərkəzi şəhər və rayonlarda əhali arasında keçirdiyi ictimai sorğusunda, "Ekologiya Dostu" laminasiyası üzrə Ekologiya.az-ın fəxri üzvü diplomu mükafatınının qalibləri olan, icra başçılari, polis əməkdaşları iş adamları, ekokönüllülər, ekologiya və meşə təsərrüfatında çalışanlar, ümümiyyətlə ətraf mühütün qorunmasında əməyi və xidmətləri olan şəxslərlə bağlı ictimai sorğunun nəticələrini açıqlayacaq!