AZ

Türkiyəli rejissor: Festivalda yeni əməkdaşlıq imkanları formalaşır

Bakı, 8 dekabr, AZƏRTAC

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025” çərçivəsində film sektorunda maraqlı və məhsuldar qarşılıqlı əlaqələr yaranır. Burada yaradıcı şəxslər üçün yeni ideyaların müzakirəsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanları formalaşır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında türkiyəli rejissor Sedat İnci deyib.

O bildirib ki, festival həm film sahəsinin inkişafına töhfə verir, həm də yeni layihələrin yaranmasına stimul olur.

Rejissor bu nəcib təşəbbüsün gələcəkdə də davamlı olmasını, daha geniş miqyas qazanmasını və ənənə halını almasını arzulayıb.

Seçilən
86
azertag.az

1Mənbələr