AZ

Polşada üç ukraynalı casus ləvazimatları ilə saxlanılıb

Polşa polisi külli miqdarda ixtisaslaşmış müşahidə və kiberhücum avadanlığı daşıyan avtomobil saxlayıb. Nəqliyyat vasitəsində üç Ukrayna vətəndaşı olub.

Herbiand.az Varşava mərkəzi polis idarəsinə istinadən xəbər verir ki, məhkəmə artıq onların həbsinə sanksiya verib.

Şübhəlilərin avtomobili şəhərin mərkəzində saxlanılıb. Sorğu zamanı onlar aşkar olunan avadanlığın nə üçün lazım olduğunu dəqiq izah edə bilməyiblər.

Polis rəsmisi Kaçper Voyteçkonun sözlərinə görə, hər dəfə avadanlığın təyinatı barədə söz düşəndə əcnəbilər ingilis dili biliklərinin zəif olduğunu əsas gətirərək suallardan yayınıblar. Onlar Polşada qalmağı planlaşdırmadıqlarını və tranzitlə Litvaya getdiklərini bildiriblər.

Axtarış zamanı avtomobildə xeyli sayda xüsusi texnika arsenalı aşkar edilib. Müsadirə edilən əşyalar arasında noutbuklar, routerlər, videokameralar və çoxsaylı SİM kartlar olub. Mütəxəssisləri xüsusilə haker hücumları üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış antenalar, həmçinin əvvəlcədən quraşdırılmış casus proqramları olan sərt disklər cəlb edib.

İlkin qiymətləndirmələrə görə, ələ keçirilən avadanlıqlar müdafiə əhəmiyyətli strateji informasiya şəbəkələrinə qoşulmaq üçün istifadə oluna bilərdi.

Varşava məhkəməsinin qərarı ilə Ukrayna vətəndaşları polisin araşdırma apardığı müddətdə üç aylıq həbs olunublar.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
12
herbiand.az

1Mənbələr