AZ

Kamboca Taylandı Sülh Sazişini pozmaqda ittiham edir

Ajans.az xəbər verir ki,bu barədə Khmer Times məlumat yayıb. Nazirliyin sözçüsü, general-leytenant Mali Soçheatın açıqlamasına görə, Kamboca tərəfi Taylandın Kamboca hərbçilərinə qarşı “qəddar və qeyri-insani hücumlarını” qətiyyətlə pisləyir və onları 26 oktyabr 2025-ci ildə imzalanmış Kamboca–Tayland Birgə Sülh Bəyannaməsinin ciddi şəkildə pozulması hesab edir. Məlumata əsasən, hücumlar dekabrın 8-də, yerli vaxtla saat 05:00 radələrində Anses rayonunda başlayıb. Tayland qoşunları Kamboca mövqelərini atəşə tutub, daha sonra isə bir neçə gün davam edən gərginlikdən sonra Thamonet və Makara sərhəd bölgələrində yerləşən bir neçə məbədi hədəfə alıb. M. Soçheat bildirib ki, Taylandın təxribatçı addımlarına baxmayaraq, Kamboca Silahlı Qüvvələri “son dərəcə təmkinli” davranıb və atəşə cavab verməyib. O vurğulayıb ki, Kamboca münaqişələrin sülh yolu ilə həllinə və beynəlxalq öhdəliklərə sadiqdir. Nazirlik həmçinin qeyd edib ki, Kamboca hərbi heyəti Taylandla sərhəddəki vəziyyəti “ayıq və maksimum ehtiyatla” izləməkdə davam edir.

 

Seçilən
26
Ajans.az

1Mənbələr