Dünyanın sabiq bir nömrəli qadın raketkası Ana İvanoviç Almaniya futbol yığmasının sabiq yarımmüdafiəçisi Bastian Şvaynştaygerdən boşanmaqla bağlı məhkəməyə müraciət edib.
"Football-plus.az" xəbər verir ki, 38 yaşlı serbiyalı sabiq futbolçudan üç uşağı böyütmək üçün aliment almaq fikrindədi. 2016-cı ilin yayında nigah bağlayan cütlüyün üç oğlu var: Luka, Leon, Teo.
Xatırladaq ki, İvanoviç 2016-cı ildə tennisdən gedib. 2019-cu ildə karyerasını bitirən Şvaynştayger isə “Bavariya”, “Mançester Yunayted” və “Çikaqo Fayr”ın şərəfini qoruyub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta