AZ

Enerji mütəxəssisi: Azərbaycanın geotermal ehtiyatları çox zəngindir və böyük perspektiv vəd edir

Bakı, 8 dekabr, Ceyhun Xəlilov, AZƏRTAC

Azərbaycanda bərpaolunan enerji üzrə həyata keçirilən layihələri yüksək qiymətləndirirəm. Ölkənin həm Günəş, həm də külək enerjisi üzrə böyük texniki potensialı var və coğrafi mövqeyi bu sahələrin inkişafı üçün əlverişlidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Almaniyanın "EnBW AG" şirkətində çalışan, enerji sistemlərinin modelləşdirilməsi və bərpaolunan enerji üzrə ixtisaslaşmış alim-tədqiqatçı Rasim Cənnətəliyev söyləyib.

O bildirib ki, Azərbaycanın geotermal ehtiyatları da çox zəngindir və istifadə olunması böyük perspektiv vəd edir.

“Respublikanın müxtəlif bölgələrində termal suların mövcudluğu və təxminən 400 palçıq vulkanının enerji mənbəyi kimi istifadə olunma imkanı geotermal istiqamətin inkişaf perspektivini daha da artırır. Bu resurslar həm istilik təminatında, həm də alternativ enerji istehsalında tətbiq oluna bilər”, - deyə o vurğulayıb.

Seçilən
61
1
azertag.az

2Mənbələr