AZ

Regionlarda İslam bankçılığına maraq Bakını üstələyir - QHT sədri

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin həyata keçirdiyi sorğu Azərbaycanda İslam banklarına marağın regionlar üzrə ciddi fərqləndiyini ortaya qoyub. 1000 respondent arasında aparılan araşdırma göstərib ki, bəzi bölgələrdə İslam bankçılığına münasibət paytaxtdan daha yüksəkdir.

QHT.az xəbər verir ki, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev sorğunun nəticələrini şərh edərək bildirib:

"Sorğu göstərir ki, digər sahələrdən fərqli olaraq İslam banklarına vəsait yerləşdirmək niyyətində paytaxtın regionlar üzərində birmənalı üstünlüyü yoxdur — bəzi hallarda regionlar Bakıdan daha yüksək maraq nümayiş etdirir. Əsas məqamlar:

Bakı sahibkarlarının 49,6%-i İslam bankına pul qoymaq istədiyini bildirib.

Ən yüksək göstərici İmişlidədir — 88,8% müsbət cavab.

Cənub regionunda (Lənkəran) respondentlərin 64%-i bu ideyanı dəstəkləyib.

Gəncə və Mingəçevir sahibkarlarının yalnız 35,9%-i vəsait yerləşdirməyə razıdır.

Digər rayonlarda bu rəqəm 62,8% təşkil edib.

Xidmətlərdən birmənalı imtina edənlərin payı Gəncə (26,9%) və Mingəçevir (26,4%) şəhərlərində daha yüksəkdir; Bakı və Lənkəranda bu göstərici 17,6% və 19%-dir.

Bu nəticələr göstərir ki, regionların İslam banklarına marağı fərqlidir və banklar üçün hədəf yönümlü regional yanaşma formalaşdırmaq vacibdir".

Seçilən
27
qht.az

1Mənbələr