AZ

Premyer Liqa klubu 100 milyona oyunçu alır

Braziliya A Seriyası təmsilçisi “Palmeyras”ın yarımmüdafiəçisi Allan Elias qış “transfer pəncərəsi”ndə “Nyukasl”a transfer oluna bilər.

Msport.az xəbər verir ki, Premyer Liqa klubu 21 yaşlı futbolçunu yaxından izləyir.

Braziliyalı oyunçunun klubla müqaviləsinə əsasən sərbəst qalma məbləğinin 100 milyon avro olduğu bildirilib.

Qeyd edək ki, A.Elias 2025-ci ildə “Palmeyras”ın heyətində bütün yarışlarda meydana çıxdığı 56 matçda 3 qola və 8 məhsuldar ötürməyə imza atıb. Yarımmüdafiəçinin “Palmeyras”la müqaviləsinin müddəti 2029-cu ilin sonuna qədərdir.

Seçilən
15
msport.az

1Mənbələr