Nəqliyyat eksperti Aslan Əsədov payız mövsümündə yol-nəqliyyat hadisələrinin artmasının səbəblərini açıqlayıb.
News365.az xəbər verir ki, ekspertin sözlərinə görə, Biləsuvarda və Qobu qəsəbəsi ərazisində baş verən qəzalarda 8 nəfərin həyatını itirməsi bunun dramatik göstəricisidir. Əsədov ailələrə başsağlığı verərək, itkin düşən və valideynsiz qalan uşaqların gələcəkdə qarşılaşa biləcəyi çətinlikləri vurğulayıb.
Ekspert qəza səbəblərini aşağıdakı kimi sıralayıb:
-
Nəqliyyat vasitəsinin idarə edilməsində səhvlər və idarəetmənin itirilməsi.
-
Ara məsafəsinin düzgün saxlanılmaması.
-
Sürücünün nəqliyyat vasitəsini idarəetmə bacarığının yetərli olmaması.
-
Yol çıxışı üçün vaxtın düzgün seçilməməsi.
-
Yol infrastrukturu ilə tanış olmamaq.
-
Yol infrastrukturunun əks etdirici elementlərlə yetərincə təmin edilməməsi. Məsələn, körpü və yolların rəng əks etdirici boyalarla işarələnməsi.
Əsədov bildirib ki, bu faktorlar sürət həddi 90 km/saat olsa belə qəzaların riskini artırır. Onun sözlərinə görə, sürücülərin diqqətli olması və infrastrukturun təkmilləşdirilməsi payız qəzalarının qarşısını almaq üçün vacibdir.