Azərbaycan növbəti dəfə Ukraynaya humanitar yardım karvanı göndərib.
Dunyainfo yazır ki, prezident İlham Əliyevin 17.07.2023-cü il sərəncamına uyğun olaraq Ukrayina xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bu gün yola salınıb.

Sumqayıt Texnologiyalar parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir.
Qeyd edim ki, ümumi məbləği 7.6milyon dollar olan sözügedən humanitar yardımın ilk hissələri cari ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukrayinaya yola salınıb.

Müharibə başlayandan Azərbaycanın Ukrayinaya humanitar yardımı dayanmayıb. Bu, öz -özlüyündə müsbət addımdır. Çünki 10 dəfə dövlət səviyyəsində humanitar yardımın edilməsı münasibətlərin yüksək səviyyəsindəndən xəbər verir.