AZ

Bəzi satış obyektlərində mənşəyi məlum olmayan turşu növlərinin satışı aşkarlanıb (FOTO)

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Tərtər, Qusar və Bərdərayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında monitorinqlərhəyata keçirilib.

Trend xəbərverir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, aparılan nəzarət tədbirləri zamanı satışməntəqələrində bir sıra nöqsanlar aşkarlanıb.

Belə ki, bazar ərazilərində çalışan işçilərin qidatəhlükəsizliyi standartlarına uyğun xüsusi geyimlərlə tam təminedilmədiyi müəyyən olunub. Süd və süd məhsullarının satışıbölmələrində soyuducu avadanlıqların yetərsiz olduğu, buməhsulların ekspertiza aktları və daşınma sənədləri təqdimedilmədən satışa çıxarıldığı qeydə alınıb.

Bununla yanaşı, toyuq və balıq məhsullarının üstü açıq şəkildə,xarici təsirlərə məruz qalan formada satıldığı, sənədlərininolmadığı müəyyən edilib. Bəzi satış obyektlərində mənşəyi məlumolmayan turşu növlərinin satışı da aşkarlanıb.

Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün bazarsahiblərinə müvafiq göstərişlər verilib.

Bəzi
Bəzi
Bəzi
Məqalədə:
Seçilən
49
2
az.trend.az

10Mənbələr