Omsk sakini olan qarışıq döyüş ustası ev işlərini pis gördüyü üçün arvadını döyüb və burnunu sındırıb.
Publika.az xəbər verir ki, zərərçəkmiş bu barədə “Ostorozhno Novosti”yə bildirib.
Elvira və Andrey may ayında tanış olub və iki ay sonra evləniblər. O, ilk dəfə Misirdə bal ayı zamanı arvadına əl qaldırıb.
Daha sonra Andrey Elviranın sobanı düzgün təmizləmədiyini görüb və onu yenidən təmizləməsini tələb edib.
“O, mənə qışqırmağa başladı ki, niyə belə səliqəsizsən? Bundan sonra məni döyməyə başladı”, - qadın danışıb.